"Qalatasaray"dan iki şəhidimizin ailəsinə BÖYÜK JEST - FOTO
Bizi izləyin

İdman

"Qalatasaray"dan iki şəhidimizin ailəsinə BÖYÜK JEST - FOTO

“Qalatasaray” klubun rəsmiləri Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Fərid Dursunovun məzarını ziyarət edəcək.

Publika.az xəbər verir ki, bu barədə idman jurnalisti Gündüz Abbaszadə bildirib.

Jurnalist “Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay ilə telefon danışığı edib və şəhidimizin son arzusu barədə klub rəsmisinə danışıb: “Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular "Fərid" yazılı forma ilə oyuna çıxacaqlar". Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək. Bir az əvvəl telefon danışığımızda mənə prezidentin köməkçisi Yusuf Günay bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”

Qeyd edək ki, Fərid Dursunovun son arzusu şəhid olarsa, məzarı başında Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağının da dalğalanması olub.

Məqamı UCA OLSUN!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm