"Qarabağ" "Sivasspor"a məğlub oldu - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" "Sivasspor"a məğlub oldu - (YENİLƏNDİ)

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda hesab dəyişib.

Publika.az xəbər verir ki, Türkiyə klubu 79-cu dəqiqədə Aruna Konenin vurduğu qolla önə keçib.

***

23:14

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda 4-cü qol vurulub.

Publika.az xəbər verir ki, 58-ci dəqiqədə Olarenvayu Kayode hesabı bərabərləşdirib.

***

23:06

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

***

22:59

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda hesab dəyişib.

Publika.az xəbər verir ki, Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

***

22:12

"Qarabağ" və "Sivasspor" qarşılaşmasında ilk qol vurulub.

Publika.az xəbər verir ki, 8-ci dəqiqədə Zubirin dəqiq zərbəsi ilə "Qarabağ" hesabı açır.

***

21:55

UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Publika.az xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

***

21:00

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyədə üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" klublarının start heyətləri bəlli olub.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 2. Qara Qarayev, 44. Elvin Cəfərquliyev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 7. Ovusu Kvabena, 11.Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

"Sivasspor": 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 4. Aaron Appindonqoe, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 8. Robin Yalçın, 6. Klaudemir, 10. Yasin Öztekin, 29. Kazimir Ninqa, 2. Aruna Kone, 7. Maks Qradel

Ehtiyat oyunçular: 35. Ali Şaşa Vural, 14. Samba Kamara, 5. İsak Kofie, 80. Olarenvayu Kayode

Baş məşqçi: Rıza Çalımbay

Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm