İdman
"Mübarizə aparsaq da, məğlub olduq" - Qurban Qurbanov
“Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Türkiyə klubu “Sivasspor”la keçirilən oyun barədə danışarkən deyib.
İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutan matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionunun qrupda qalacağı dəqiqləşib.
Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Mübarizə aparsaq da, məğlub olduq. Futbolda belə hallar olur. “Sivasspor”u təbrik edirəm. Yaxşı bir matçda qələbə qazandılar. Məğlubiyyətə üzülürəm. “Sivasspor”a digər görüşlərdə uğurlar arzulayıram”.
Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO