Rəcəbov “Skilling open”də mübarizəni dayandırdı
Bizi izləyin

İdman

Rəcəbov “Skilling open”də mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skilling open” turnirində mübarizəni dayandırıb.

Publika.az xəbər verir ki, o, 1/4 final mərhələsində ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub etsə də, ikinci qarşılaşmada uduzub.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm