"Real Madrid" səfərdə məğlub oldu
Bizi izləyin

İdman

"Real Madrid" səfərdə məğlub oldu

Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma erkən başlayıb.

Turnirin favoriti sayılan “Real Madrid” klubu səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olub. “Olimpiskiy” stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 7-ə çatdıran “Şaxtyor” turnir cədvəlində ikinci yerə yüksəlib. “Real Madrid” eyni xala malikdir, lakin ukraynalılar ilə şəxsi oyunlarına görə qrup üçüncüsüdür.

Bu qrupun digər oyununda “Borussiya Mönhenqladbax" (Almaniya) öz meydanında “İnter” (İtaliya) komandasını qəbul edəcək.

Günün digər görüşündə Rusiyanın “Lokomotiv” klubu öz meydanında Avstriyanın “Zaltsbur” komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunda “Zaltsbur” 4 xalla üçüncü, üç xalı olan “Lokomotiv” isə dördüncü yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm