İdman
“Qarabağ”ın daha bir futbolçusu koronavirusa yoluxdu - FOTO
Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun İsrail "Makkabi"si (Tel-Əviv) ilə oyunu öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.
Publika.az Klubun rəsmi saytına istinadla xəbər verir ki, Mahir Emrelidən sonra bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynovda koronavirus aşkarlanıb.
Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.
Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.
Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
-
Sosial01:11
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Magazin100:45
Nigar Camaldan dərin sinə dekoltesi - FOTO
-
Cənubi Qafqaz00:30
Tbilisidə həbs dalğası başladı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu, bəd hadisələrə səbəb ola bilər
-
Sosial00:00
Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist DANIŞDI: "Utanmalıyam?" - FOTO
-
Yaxın Şərq16 Aprel 22:24
İsrail ölkə ərazisinə düşən raketlərin SAYINI AÇIQLADI
-
Magazin116 Aprel 22:12
Sevda fərqli tərzdə MESAJ VERDİ: "Fərqi yoxdur mənim üçün" - VİDEO
-
Pul16 Aprel 22:00
Dollar GÖRÜN NEÇƏYƏ OLDU: son 6 ayın...