"Beşiktaş" daha bir İstanbul klubunu məğlub etdi
Bizi izləyin

İdman

"Beşiktaş" daha bir İstanbul klubunu məğlub etdi

Dekabrın 4-da futbol üzrə Türkiyə çempionatının XI turunun birinci gününün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Publika.az xəbər verir ki, gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçiriblər. “Beşiktaş”ın qollarını Bernard Mensah (45), Atiba Hatçinson (69) və Vinsent Abubakar (75) vurublar.

Beləliklə, “Beşiktaş” ötən həftə səfərdə əzəli rəqibi “Fənərbağça”nı məğlub etdikdən sonra daha bir İstanbul klubu üzərində qələbə qazanıb.

Hazırda turnir cədvəlinə 23 xalla “Alanyaspor” başçılıq edir, 20 xalı olan “Qalatasaray” ikinci, eyni xala malik “Fənərbağça” isə üçüncü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm