"Neftçi" də "Çixura" ilə bacarmadı
Bizi izləyin

İdman

"Neftçi" də "Çixura" ilə bacarmadı

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxıb.

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı.

Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.

"Neftçi" cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməliydi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıydı ki, bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşündə işi çətin olmasın. Lakin təəssüf ki, "Bursaspor" kimi, "ağ-qaralar" da bu komandanın qapısına yol tapa bilməyib və cütün taleyi səfər oyununa qalıb.

Avropa Liqası

Üçüncü təsnifat mərhələsi (ilk oyun)

31 iyul

Neftçi - Çixura - 0:0 (0:0)

Sarı vərəqə: G.Datunaşvili, 48.

Baş hakim: Kristian Balay (Rumıniya).

Bakı. "Bakcell Arena".

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev (21. Samir Məsimov, 67), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (25. Cavid İmamverdiyev, 82), 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 72).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

ÇİXURA: 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jigauri, 15. Georgi Koripadze (5. Laşa Txelidze, 81), 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze (24. Laşa Çikvaidze, 90).

Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze.

Baş məşqçi: Samson Pruidze.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm