Fransa və Türkiyə klubları arasındakı matçda QALMAQAL - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Fransa və Türkiyə klubları arasındakı matçda QALMAQAL - (YENİLƏNDİ)

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı qərarını açıqlayıb.

Publika.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.

Görüşün 4-cü hakimi Sebastian Koltsesku meydana çıxmayacaq.

***

00:34

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.

Publika.az "NTV Spor"a istinadla xəbər verir ki, buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.

Qeyd edək ki, hazırda hesab 0:0-dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm