Gürcülərin Bakıda törətdiyi təxribat – FOTOFAKT
Bizi izləyin

İdman

Gürcülərin Bakıda törətdiyi təxribat – FOTOFAKT

Gürcülərin Bakıda törətdiyi təxribat – FOTOFAKT

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasında keçirilən oyunda qonaq azarkeşlərin təxribatçı hərəkət törətdiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, qonaq tərəfdarlar bu oyunda Azərbaycanın Qax, Zaqatala, Balakən bölgəsinin Gürcüstan ərazisi kimi göstərildiyi xəritə açmışdılar ki, bu da azərbaycanl azarkeşlərin hiddətinə səbəb olmuşdu.

Baş verən hadisə stadionda olan polisləri daha ciddi addımlar atmağa məcbur edib. Gürcülərin təxribat xarakterli pankartı kifayət qədər şübhəli məqamlar ortaya çıxardıb ki, Azərbaycan polisi də matçdan sonra gürcü fanatları saxlayaraq, onlar üzərində yoxlama aparıb. Bu zaman məlum olub ki, Gürcüstandan gələn azarkeşlərdən 3-ü erməni əsilli olub.

Qalmaqala səbəb olan pankartı təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm