İdman
“Qarabağ”la “Neftçi”nin oyunu təxirə salınacaq?
Avqustun 9-da Azərbaycan Premyer Liqasında növbəti mövsümə start veriləcək.
İki klubumuzun - “Neftçi” və “Qarabağ”ın Avrokuboklarda mübarizəni davam etdirməsi ilk turda təxirəsalmalara səbəb ola bilər.
Avqustun 6-da ÇL-dəki təmsilçimiz “Qarabağ” Avstriyada “Zalsburq”la cavab görüşünə çıxacaq. Avqustun 10-da isə Premyer Liqada “Sumqayıt”la görüş var.
Avroliqada çıxış edən təmsilçimiz “Neftçi” avqustun 7-də Gürcüstanda “Çixura” ilə cavab matçına çıxmalı, 10-da isə Naxçıvanda “Araz Naxçıvan”la qarşılaşmalıdır.
Klublar avrokubok oyunlarını nəzərə alıb, çempionat oyunlarının təxirə salınması ilə bağlı PFL-ə müraciət edəcəklərmi?
Məsələ ilə bağlı klubların mövqeyini öyrəndik. Publika.az-a danışan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov belə bir fikirlərinin olmadığını bildirdi:
“Hazırda belə bir fikrimiz yoxdur. Bu barədə Qurban müəllimin özü də mətbuat konfransında açıqlama vermişdi. Bildirmişdi ki, təxirəsalma ilə bağlı müraciət etmək haqda düşümürük”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbər Gündüz Abbaszadə də bu məsələnin gündəmdə olmadığnı bildirdi:
“Belə bir məsələ gündəmimizdə yoxdur. Avropada komandalar üç gündən bir oyun keçirirlər. İnanmıram ki, bunun komandamız üçün bir problemi olsun”
Aygün İlqarqızı
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı