
Şəhid baş leytenant Teymur Məcidzadə Tehran oğlu.
1992-ci il oktyabrın 10-da Füzuli rayonu Gecəgözlü kəndində anadan olub.
8 aylıq olarkən ailəsi ilə birlikdə məcburi köçkün düşüb. Orta məktəbi uğurla başa vuran Teymur 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dünya İqtisadiyyatı" fakültəsinə daxil olub.
28 yaşında - 2020-ci ilin 9 noyabrında Xocavənd - Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun məzarı III Fəxri Xiyabandadır.
Teymurun son arzusu yerinə yetirilib. Məzarı üzərinə "Neftçi" şərfi asılıb.
Ruhun şad olsun, baş leytenant!