Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq
Bizi izləyin

İdman

Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub - 2:4.

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.

Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (Hindistan) - 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (Almaniya)

65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (Moldova) - 0:6
Təsəlliverici görüş: Elis Manolova - Aslı Demir (Türkiyə)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm