Messi eyni mükafata yeddinci dəfə sahib çıxdı
Bizi izləyin

İdman

Messi eyni mükafata yeddinci dəfə sahib çıxdı

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi Piçiçi mükafatına layiq görülüb.

Publika.az klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan kuboka yiyələnib. O, ötən mövsüm 25 qol vurub. 33 yaşlı forvard karyerasında 7-ci dəfə Piçiçi Kubokunu əldə edib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm La Liqada 13 oyuna 6 qol vurub. Argentinalı "Valensiya" ilə 2:2 hesabı ilə bitən son qarşılaşmada "bir klubda ən çox qol vuran futbolçu" adını da təkrarlayıb. Belə ki, "Barselona"nın heyətində 643-cü qolunu vuran Messi bununla da əfsanəvi braziliyalı futbolçu Pelenin "Santos"da əldə etdiyi nəticəyə şərik çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm