"Milan" qış fasiləsinə lider kimi yollandı
Bizi izləyin

İdman

"Milan" qış fasiləsinə lider kimi yollandı

Dekabrın 23-də futbol üzrə İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, turnir cədvəlinin lideri “Milan” öz meydanında “Latsio” komandasını qəbul edib.

“San Siro” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Milan”nın heyətində Ante Rebiç (10), Hakan Çalxanoğlu (17), Teo Hernandes (90), “Latsio”nun heyətində isə Luis Alberto və Ciro İmobile fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 34-ə çatdıran “Milan” turnir cədvəlində birinci yerdə qərarlaşıb və qış fasiləsinə lider kimı yollanınb.

“Latsio” isə 21 xalla 8-ci yerdə qərarlaşıb.

“Milan”nın əzəli rəqibi, ikinci pillədə qərarlaşan “İnter” səfərdə “Verona” komandasını 2:1 hesabı ilə məğlub edib.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Napoli” - “Torino” - 1:1;

“Bolonya” - “Atalanta” - 2:2;

“Udineze” - “Benevento” - 0:2;

“Roma” - “Kalyari” - 3:2;

“Sampdoriya” - “Sassuolo” - 2:3;

“Spezia” - “Cenoa” - 1:2;

“Yuventus” - “Fiorentina” - 0:3.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm