Onun əlcəyi fantastik qiymətə satıldı
Bizi izləyin

İdman

Onun əlcəyi fantastik qiymətə satıldı

Onun əlcəyi fantastik qiymətə satıldı

Əfsanəvi boksçu Məhəmməd Əlinin əlcəyi auksionda satılıb.

Publika.az xəbər verir ki, Əlinin 1971-ci ildə Co Freyzerə qarşı keçirdiyi döyüşdə geyindiyi əlcək Klivlend auksionunda 400 min dollara satılıb. Əlcəyi əldə edən şəxs adının gizli qalmasını istəyib.

Bu, əfsanəvi boksçunun fantastik qiymətə satılan ikinci əlcəyidir. Buna qədər onun ilk dəfə çempion olduğu döyüşdə geyindiyi əlcək 836,5 min dollara satılmışdı.

Qeyd edək ki, 1971-ci ildə Məhəmməd Əli ilə Freyzer arasında keçirilən görüş “əsrin döyüşü” hesab olunur. 15 raundluq görüşdə Freyzer qalib gələrək ağır çəkidə mütləq dünya çempionu olmuşdu. 1974 və 1975-ci illərdə keçirilən revanş döyüşlərində isə Məhəmməd Əli qalib gəlmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm