“Mançester Yunayted” ulduz futbolçu ilə bağlı qərarını dəyişdi
Bizi izləyin

İdman

“Mançester Yunayted” ulduz futbolçu ilə bağlı qərarını dəyişdi

“Mançester Yunayted” futbolçusu Cessi Linqardla bağlı qərarını dəyişib.

Publika.az xəbər verir ki, klub 28 yaşlı futbolçunun müqaviləsini daha bir il uzadacaq.

“Qırmızı şeytanlar” futbolçunun transferindən müəyyən məbləğ qazanmaq üçün bu addımı atacaq.

Linqardın müqaviləsi cari mövsümün sonunda başa çatır. O, qış transfer pəncərəsi dövründə istədiyi klubla danışıq apara və yayda azad agent olaraq keçə bilər.

Klub bunun baş verməməsi üçün onun müqaviləsindəki sözləşməni daha bir illik uzatmaq maddəsindən istifadə edəcək.

Daha əvvəl “Mançester Yunayted”in ingiltərəli futbolçunu icarəyə göndərmək istədiyi deyilirdi.

Linqard 2012-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm