Teymur Rəcəbov 1/4 finalda heç-heçə etdi
Bizi izləyin

İdman

Teymur Rəcəbov 1/4 finalda heç-heçə etdi

Teymur Rəcəbov beynəlxalq turnirin 1/4 final mərhələsinin ilk matçında heç-heçə etdi

Publika.az xəbər verir ki, onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi start götürüb.

Bu gün mərhələnin ilk matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Şahmatçılar arasında ilk matçda 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2.

Sabah qrossmeysterlər arasında ikinci görüş baş tutacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm