Teymur Rəcəbov yarımfinala yüksəldi
Bizi izləyin

İdman

Teymur Rəcəbov yarımfinala yüksəldi

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda üz-üzə gəliblər.

Bu gün raundun ikinci matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm