İdman
Şahmat turnirində Azərbaycan - Ermənistan finalı ola bilər
Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.
"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.
Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.
Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.
Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?