Türkiyə kubokunda 1/4 finalçılar dəqiqləşdi
Bizi izləyin

İdman

Türkiyə kubokunda 1/4 finalçılar dəqiqləşdi

Türkiyə kubokunda 1/8 final mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıb. “Ərzurum BB” ilə ev görüşündə erkən qol buraxan “Alanyaspor” əzmkarlıqla böyükhesablı qələbəyə nail olub.

“Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri yalnız ikinci hissədə rəqibin müqavimətini qırıb.

“Alanyaspor” və “Fənərbaxça” daha öncə tur adlayan “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər”, “Beşiktaş”ın ardından 1/4 finala yüksəlib. 1/4 və 1/2 final mərhələlərinin püşkatması sabah – yanvarın 15-də baş tutacaq.

Qeyd edək ki, 1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də keçiriləcək.

Türkiyə kuboku
1/8 final
14 yanvar
“Alanyaspor” – “Ərzurum BB” – 4:1
Babakar, 14, 57, Kaulker, 24, Davidson, 77
Karakullukçu, 8
“Fənərbaxça” – “Kasımpaşa” – 1:0
Samatta, 51

Oxumağa davam et
Reklam
Reklam

Gündəm