“Qarabağ” klubu şəhidlərimizi Avstriyada anacaq
Bizi izləyin

İdman

“Qarabağ” klubu şəhidlərimizi Avstriyada anacaq

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Zalsburq”un qonağı olacaq "Qarabağ” bu gün Avstriyaya yola düşür. Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yollanacaq.

Bakıdan 16:00-da yola düşəcək təyyarə 20:30-da Zalsburqa çatacaq.

Qeyd edək ki, "Zalsburq” – "Qarabağ” matçı avqustun 6-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xatırladaq ki, ötən gün klub rəsmi saytı vasitəsi ilə cəbhədə şəhid olan əsgərlərimizə görə Azərbaycan xalqına başsağlığı verib.

Publika.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov dünən UEFA-ya oyunun 1 dəqiqəlik sükutla başlanması üçün müraciət etdiklərini deyib: “Artıq biz oyunun 1 dəqiqəlik sükutla başlanması üçün müraciət etmişik. Bundan əlavə, oyunda qara forma və qara sarğıdan istifadə etmək istəyirik. Ümid edirik ki, UEFA bu məsələdə bizə qarşı çıxmayacaq. Bununla bağlı UEFA-nın cavabını oyun günü biləcəyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm