Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olundu
Bizi izləyin

İdman

Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olundu

Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olunub.

Publika.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası 4-7 mart tarixlərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunun ləğv olunduğunu açıqlayıb.

Ləğvə səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-dək qapalı zallarda idman yarışlarının təşkilinə qoyduğu qadağadır. Qeyd edək ki, daha əvvəl batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun (13-14 fevral) və karate üzrə Premyer Liqa yarışının (12-14 mart) ləğv olunduğu açıqlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm