Onların “oyunu” - “Neftçi”ni gözdən salan şou
Bizi izləyin

İdman

Onların “oyunu” - “Neftçi”ni gözdən salan şou

Tahir Süleymanovun “Neftçi”nin vitse-prezidenti postundan istefaya getdiyi barədə məlumat vermişdik.

Süleymanovun bir neçə dəfə istefa verdiyini, ancaq sonradan yenidən “Neftçi”yə qayıtdığını nəzərə alıb, həmin vaxt onun mövqeyini də öyrənmişdik. Tahir Süleymanov Publika.az-a verdiyi açıqlamada bir daha “Neftçi”yə qayıtmayacağını bildirmişdi. Klubun rəsmi saytında yerləşdirilən məlumatda isə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Süleymanovun istefasını qəbul etdiyi bildirilirdi.

Publika.azn əldə etdiyi məlumata görə, Tahir Süleymanov hazırda “Neftçi”dəki vəzifəsini icra edir. O, yenə də vitse-prezidentin səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir, tapşırıqlarını verir. İstefası rəsmi şəkildə qəbul olunmuş Süleymanovun hansı statusla “Neftçi”nin bazasına buraxılması və göstərişlər verməsi maraq doğurur.

Süleymanov yenidən komandaya qaytarılıbsa, bununla bağlı ən azı klubun rəsmi saytında məlumat verilməlidir. Belə qeyri-peşəkarlıq, istefa şouları ölkənin ən köklü klubunun imicinə öldürücü zərbə vurur. Kimlərsə maraqları naminə istefa şouları yaradır, ancaq əvəzində “Neftçi” qeyri-peşəkar klub imicinə sahib olur.

Görünür, nə Sadıq Sadıqovu, nə də Tahir Süleymanovu “Neftçi”nin imici maraqlandırmır. Maraqlandırsaydı, belə şoulara son qoyardılar. Məsələ ilə bağlı “bir daha “Neftçi”yə qayıtmayacam” deyən Tahir Süleymanovun mövqeyini öyrəndik.

Hazırda Ələkbər Məmmədovun dəfnində olduğunu deyən Tahir Süleymanov danışa bilməcəciyini bildirdi.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin cavabı isə belə oldu: “Rəsmi olaraq heç bir məlumat yoxdur. Rəsmi nə isə olsa, məlumat verəcəyik. O, bazaya ona görə gəlir ki, klubumuzun dostudur, hər kəslə dost münasibəti var. Həmçinin bazanın üzü hər kəsə açıqdır, kim istəsə, gələ bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm