• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

"İnter" "Milan"ı məğlub edib yarımfinala yüksəldi

"İnter" "Milan"ı məğlub edib yarımfinala yüksəldi

Yanvarın 26-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.

Publika.az xəbər verir ki, bu mərhələnin ilk matçında Milan şəhərinin iki əzəli rəqibi - “Milan” və “İnter” komandaları üz-üzə gəlib.

Oyunda hesabı “Milan” açıb. 31-ci dəqiqədə Zlatan İbrahimoviçin uzaq məsafədən vurduğu zərbə dəqiq olub.

Fasilədən sonra hücumlarının kəsərin artıran “İnter” 71-ci dəqiqədə hesaba tarazlıq gətirib. Romelu Lukaku hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

Matçın 76-cı dəqiqəsində futbolda nadir hallarda baş verən hakim əvəzetməsi olub.

Oyunun 98-ci dəqiqəsində “İnter” hesabda önə keçib. Kristian Eriksenin cərimə zərbəsindən vurduğu baxımlı qol “Neradzurri”yə qələbə qazandırıb.

Bu qələbə sayəsində “İnter” yarımfinala yüksəlib.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşləri aşağıdakılardır:

“Atalanta” - “Latsio”;

“Yuventus” - SPAL

“Napoli” - “Spezia”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR