Messi: "Mənim üçün pul yox, futbol önəmlidir"
Bizi izləyin

İdman

Messi: "Mənim üçün pul yox, futbol önəmlidir"

"Barselona" futbol komandasının 33 yaşlı argentinalı hücumçusu Lionel Messi futbolun şəxsi həyatındakı əhəmiyyətindən danışıb.

Publika.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

"Pul daha yaxşı yaşamağa imkan verir, amma o mənə ilham vermir. Mən futbol oynamaq üçün yaşayıram, onun maliyyə xeyrinə görə yox. Mən özüm üçün deyil, komanda üçün oynayıram", - Messi deyib.

Messinin "Barselona" ilə razılaşması 30 iyun 2021-ci ilə qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və PSJ-dir.

Cari mövsümdə kapitan "Barselona"da 23 matçda iştirak edərək 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm