"Qarabağ" Donald Gerye ilə vidalaşdı
Bizi izləyin

İdman

"Qarabağ" Donald Gerye ilə vidalaşdı

"Qarabağ" klubu futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

Publika.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı haitili cinah müdafiəçisinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. O, bu səbəbdən əvəzedici heyətə göndərilib və 20 min manat məbləğində cərimə olunub. Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm