İdman
Pley-off püşkünün vaxtı açıqlandı
2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərinin püşk vaxtı açıqlanıb. Ənənəyə uyğun olaraq, ilk öncə Çempionlar Liqasının püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi avqustun 8-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Publika.az xəbər verir ki, Çempionlar Liqasında ölkəmizi "Qarabağ" klubu təmsil edir. Qurban Qurbanovun komandası pley-off-a yüksəlmək üçün ilk öncə III təsnifat mərhələsində Avsrtiyanın "Zalsburq" klubunu mübarizədən kənarlaşdırmalıdır.
Avqustun 8-də atılacaq püşkdən sonra isə "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək.
Həmin gün saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Burada da ölkəmizi bir komanda təmsil edir. Son ölkə kubokunun sahibi "Neftçi" klubu "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə pley-off mərhələsində oynamaq hüququ qazanacaq. "Neftçi"nin pley-off mərhələsindəki rəqibinin kimliyinə məhz avqustun 8-də keçiriləcək püşkatmadan sonra aydınlıq gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avroliqanın pley-off mərhələsinin görüşləri isə 21-28 avqust tarixlərində keçiriləcək.
Aygün
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?