FIFA-dan XOŞ XƏBƏR: "DÇ-2022 azarkeşlərlə keçiriləcək"
Bizi izləyin

İdman

FIFA-dan XOŞ XƏBƏR: "DÇ-2022 azarkeşlərlə keçiriləcək"

Qətərdəki 2022-ci il dünya çempionatı azarkeşlərlə keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canini İnfantino açıqlama verib.

Pandemiya ilə əlaqədar bir sıra yarışlar məhdud sayda azarkeşlə və ya ümumiyyətlə azarkeşsiz keçirilir.

"Stadionlar tam dolu olacaq. O vaxtadək biz koronavirus pandemiyası ilə yaşamağa öyrəşəcəyik" - deyə İnfantino bildirib.

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm