"Qarabağ" üç qol vurub yarımfinala yüksəldi
Bizi izləyin

İdman

"Qarabağ" üç qol vurub yarımfinala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, 1/4 finalın ilk cavab matçında “Qarabağ” Bakıda olduğu kimi, səfərdə də “Qəbələ”yə qalib gəlib – 3:0.

Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma “Qarabağ”ın kapitanı Maksim Medvedev 6-cı dəqiqədə başla fərqlənib. Patrik Andrade 45+4-cü dəqiqədə Abdellah Zubirə qarşı edilən kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Kabo Verdedən olan mərkəz yarımmüdafiəçisi 48-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələdiyi üçün “köhlən atlar” yarımfinala vəsiqə qazanıb.

Qurban Qurbanovun oyunla bağlı şərhi belə olub: “Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. “Qəbələ”yə isə uğurlar arzulayıram”.

Qeyd edək ki, günün digər matçında “Səbail” hazırda “Sumqayıt”la üz-üzə gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm