İdman
Rəcəbov daha bir turnirə uğurla start verdi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin ilk yarış günündə 5 turda mübarizə aparıb.
Publika.az xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaumla heç-heçə edəndən sonra növbəti oyunda amerikalı şahmatçı Sem Şenklandı məğlub edib. Sonrakı oyunlarda ABŞ-ın digər təmsilçisi Leyner Dominqez, Polşa şahmatçısı Yan-Kşıştof Duda və rusiyalı Aleksandr Qrişukla ilə heç-heçə edərək aktivinə 3 xal yazdırıb.
Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!