Premyer Liqada XV turun iki oyunu baş tutacaq
Bizi izləyin

İdman

Premyer Liqada XV turun iki oyunu baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk matçı Qəbələdə olacaq.

Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək. Əyalət təmsilçisi 15 xalla 5-ci, paytaxt klubu 13 xalla 6-8-ci yerləri bölüşdürür. Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəliblər. 13 dəfə meydan sahibləri, 18 dəfə "Keşlə" 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 65:48. "Qəbələ" son 5 matçda qalib gələ bilməyib. “Keşlə” isə səfərdə 6 oyundur ki, uduzmur.

Tura "Zirə" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Qartallar" 23 xalla üçüncü, "Sabah" da isə 13 xalla 8-ci pillədə qərarlaşıb. Rəqiblər Premyer Liqada X dəfə qarşılaşacaqlar. Əvvəlki 9 duelin 3-də "Zirə" 4-də isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə "Sabah"ın minimal hesablı üstünlüyü var - 11:10. "Zirə" son 6 matçda yalnız 1 dəfə uduzub. Zirədəki oyunların hamısında eyni sayda – 2 qol vurulub.

Azərbaycan Premyer Liqası, XV tur

14 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.

17:00. “Zirə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm