Teymur Rəcəbov üçüncü oldu
Bizi izləyin

İdman

Teymur Rəcəbov üçüncü oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” adlı turnirin bürünc medalını qazanıb.

Publika.az xəbər verir ki, şahmatçımız fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.

Bir gün öncə 2,5:1,5 hesabı ilə qalib gələn qrossmeysterimiz ilk iki görüşdə rəqibindən güclü olub. O, həm ağ, həm də qara fiqurlarla matçda qələbə qazanaraq, 3-cü yeri tutub. Hesab 2:0 təmsilçimizin xeyrinə olduğundan digər oyunlara ehtiyac olmayıb.

Qeyd edək ki, turnirin qalibi ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen arasında matçda bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm