ÇL "pley-off"çuları müəyyənləşəcək
Bizi izləyin

İdman

ÇL "pley-off"çuları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Publika.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Günün ilk görüşü “BATE” (Belarus) və "Debretsen" (Macarıstan) komandaları üz-üzə gələcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “BATE” həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bu görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

"Makkabi" (Təl-Əviv, İsrail) evində "Maribor"u (Sloveniya), "Panatinaikos" (Yunanıstan) isə "Standard"ı (Belçika) qəbul edəcək. Birinci oyunda qonaqlar 1:0 hesabı ilə qələbə qazanıbsa, ikinci görüşdə hesab açılmayıb - 0:0.

Günün son qarşılaşmasında isə "Lill" klubu Fransada "Qrasshopers"i (İsveçrə) sınağa çəkəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi bu görüşə nisbətən rahat çıxacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:30-da veriləcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan cavab oyunları sabah axşam keçiriləcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm