Qurban Qurbanov kolumbiyalı futbolçunu cəzalandırdı - MÜKAFAT ALMAYACAQ
Bizi izləyin

İdman

Qurban Qurbanov kolumbiyalı futbolçunu cəzalandırdı - MÜKAFAT ALMAYACAQ

"Qarabağ" futbolçusu Kevin Medinanı cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı oyunçuya cəza verdiklərini bildirib:

"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".

Qeyd edək ki, Medina görüşün 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm