Azərbaycan millisinin oyunları ləğv edildi - UEFA-dan qərar
Bizi izləyin

İdman

Azərbaycan millisinin oyunları ləğv edildi - UEFA-dan qərar

UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, qurum koronavirus pandemiyası ilə bağlı bir sıra qərarlar çıxarıb.

Oğlanlar və qızlardan ibarət U-19-lar arasında Avropa çempionatının 2020/21 mövsümü ləğv edilib. Azərbaycan milli komandalarının turnirlərdəki görüşləri də baş tutmayacaq.

Futzal üzrə Çempionlar Liqasının 2020/21 mövsümünün final oyununun yeri dəyişdirilib. Matç Belarusda deyil, Xorvatiyada təşkil olunacaq. Aprelin 28-dən mayın 3-dək olan müddətə təsadüf edəcək finalı Minskin əvəzinə Zaqreb qəbul edəcək.

U-21-lərin Avropa çempionatının final mərhələsində beyin silkələnməsi şübhəsi səbəbindən iki əlavə oyunçu dəyişikliyi sınanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm