"Keşlə" son dəqiqələrdə qələbəni əldən verdi
Bizi izləyin

İdman

"Keşlə" son dəqiqələrdə qələbəni əldən verdi

Azərbaycan Premyer Liqasında XVII turun daha bir görüşü başa çatıb.

Publika.az xəbər verir ki, "Sabah" doğma meydanda "Keşlə" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində 79-cu dəqiqədə Şəhriyar Əliyev, meydan sahiblərində isə 90+1-ci dəqiqədə Fofana Tiemoko fərqlənib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 7-ci, "Sabah" isə sonuncu - 8-ci sırada qalıb.

Qeyd edək ki, günün ilk iki matçında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Tura hazırda davam edən "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm