"Real Madrid" məğlubiyyətdən son anda XİLAS OLDU
Bizi izləyin

İdman

"Real Madrid" məğlubiyyətdən son anda XİLAS OLDU

Futbol üzrə İspaniya La Liqasında XXV turunun matçında “Real Madrid" "Real Sosedad"la qarşılaşıb.

Publika.az xəbər verir ki, görüş Madriddə "Alfredo di Stefano" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı 55-ci dəqiqədə "Real Sosedad"ın hücumçusu Portu açıb. “Real Madrid” bu dəqiq zərbəyə yalnız 89-cu dəqiqədə cavab verə bilib - Vinisius Junior hesabı bərabərləşdirib.

"Real Madrid" 25 matçda 53 xal yığaraq İspaniya La Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Real Sosedad" 42 xalla beşinci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm