Azərbaycanlı futbolçu müharibəyə görə klubunu tərk etdi
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçu müharibəyə görə klubunu tərk etdi

"Giresun İşıq" qəzeti "Giresunspor"la müqaviləsini pozan azərbaycanlı Kamal Bayramovla bağlı yazı dərc edib.

Publika.az xəbər verir ki, qəzet qolkiperin Türkiyəni tərk etmə səbəbini açıqlayıb.

Qəzetin iddiasına görə, Kamal "Giresunspor"dan Azərbaycan-Ermənistan müharibəsinin yenidən gündəmə gəldiyi üçün ayrılıb. Məlumata görə, qapıçı belə bir durumda ailəsinin yanında olmaq üçün bu addımı atıb. Qəzetə açıqlama verən Bayramov bildirib:

"Azərbaycanla Ermənistan arasında müharibə gedir. Belə bir məqamda vətənimi və ailəmi yalnız buraxmaq mənə yaraşmaz. "Giresunspor"u çox sevirəm. Heç bir şey məni bu sevgidən döndərə bilməz. "Giresunspor" böyük klubdur və böyük prezidenti var. Komandanı Super Liqada görmək istəyirəm. İnşallah, qarşıdakı mövsümdə bunu bacararsınız. "Giresunspor"u həmişə izləyəcəm. Hər zaman komandanın yanında olacağam".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm