"Neftçi" "Keşlə"ni məğlub etdi
Bizi izləyin

İdman

"Neftçi" "Keşlə"ni məğlub etdi

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matç erkən qolla başlayıb. Namik Ələskərov 6-cı dəqiqədə hesabı açıb. 19-cu dəqiqədə Ömər Buludov fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə "Keşlə"nin məşqçisi Azər Bağırov baş hakim Rauf Cabbarovun qərarına etiraz etdiyi üçün qırmızı vərəqə görərək texniki zonadan qovulub. Bundan 2 dəqiqə sonra isə flaqman daha bir qol vurub. Penaltidən fərqlənən Ələskərov dublunu rəsmiləşdirib.

82-ci dəqiqədə "Keşlə"nin heyətində Azər Salahlı buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin qonaqların gücü bundan artığına çatmayıb.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Neftçi" liderliyini möhkəmlədib. "Keşlə" isə 16 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Sumqayıt"la qollu heç-heçə edib - 1:1. Tura sabah oynanılacaq "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm