Çempionlar Liqasının formatı dəyişdirilə bilər
Bizi izləyin

İdman

Çempionlar Liqasının formatı dəyişdirilə bilər

UEFA köhnə qitənin altı futbol federasiyasının müstəqil “Avropa Superliqası” yaratması planlarını aradan qaldırmaq üçün Çempionlar Liqası turnirinin formatında ciddi dəyişikliklər etməyi planlaşdırır.

Publika.az-ın məlumatına görə, yeniliklər 2024-2025-ci illər mövsümündən qüvvəyə minəcək.

İddialara əsasən, yarışın qrup mərhələsi iştirakçılarının sayı və mərhələdəki oyun sayı artırılacaq. Hər komanda qrup çərçivəsində 6 deyil, 10 oyun keçirəcək. Oyunlar həftənin üç günü (çərşənbə axşamı, çərşənbə və cümə axşamı) təşkil olunacaq. Qrup mərhələsindən sonra bütün komandaların nəticələri birləşdiriləcək və ilk 8 pillədə qərarlaşan klublar növbəti 1/16 mərhələsinə adlayacaq. 9-24 cü yerləri tutan kollektivlər isə növbəti 8 yer üçün mübarizə aparacaq.

Bununla da, bir komanda finaladək 13 deyil, ən az 17 qarşılaşma oynayacaq. Turnir çərçivəsindəki matçların sayı isə 125-dən 200-dək artırılacaq.

Həmçinin UEFA aparıcı çempionatlardan turnirə qatılan klubların sayını 4-dən 6-dək artırmağı düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm