"Qalatasaray" ulduz futbolçusunu komandadan qovdu - RƏSMİ
Bizi izləyin

İdman

"Qalatasaray" ulduz futbolçusunu komandadan qovdu - RƏSMİ

Türkiyənin ən titullu və məşhur futbol klubu olan "Qalatasaray" mərakeşli futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.

Publika.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib.

"Sarı-qırmızılar" Belhandanın "Sivasspor"la oyundan sonra televiziyaya açıqlamasında klubun və rəhbərliyin imicinə xələl gətirən və təhqir sayılan sözlər dediyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.

Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm