İdman
Prezident: “Müqavilədə dişləmək haqda bənd yoxdur”
"Barselona"nın prezidenti Josep Bartomeu, Luis Suaresin cəzası haqqında danışıb.
Publika.az xəbər verir ki, jurnalistlərə açıqlamasında klub rəhbəri futbolçunun müqaviləsində dişləmək barədə bəndin olmadığını vurğulayıb: "Suaresin müqaviləsində dişləmə bəndi yoxdur. Olsaydı da, biz bunu söyləməzdik. Lakin həqiqət ondan ibarətdir ki, belə bir bənd yoxdu.
Məlum hadisədən sonra onu transfer etmək fikrimizi dəyişməmişdik. O, səhv etdiyini bilirdi və üzr istədi. Bu, bizim üçün çox vacibdi.
Yenidən kimisə dişləsə, "Barselona" nə edəcək? Nələrin olub-olmayacağını əvvəlcədən təxmin etmək imkansızdır. Ancaq biz məsuliyyəti üzərimizə götürdük və Luis Suaresi futbol ailəsinə dəvət etdik".
Qeyd edək ki, Luis Suares DÇ-2014-də İtaliya ilə oyun zamanı rəqib futbolçu Corco Kyellinini dişlədiyi üçün uzun müddətə diskvalifikasiyaya məruz qalıb.
Aygün İlqarqızı
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO