"Qarabağ" "Sabah"ı məğlub etdi
Bizi izləyin

İdman

"Qarabağ" "Sabah"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış matçında "Qarabağ" sonuncu pillədə qərarlaşan "Sabah"ı qəbul edib.

"Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Filip Ozobiç 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi 42-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. 73-cü dəqiqədə isə Mahir Emreli fərqi iki topa çatdırıb.

"Qarabağ" qələbə sayəsində 42-ci xalını qazanıb və bir günlük də olsa vahid olub. "Sabah" isə 16 xalla sonuncudur.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" "Keşlə" ilə qarşılaşacaq. Turun 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm