Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
Bizi izləyin

İdman

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşünü keçirib.

Publika.az xəbər verir ki, 34 yaşlı qrossmeyster "Magnus Carlsen Invitational" adlanan yarışın 4-cü turunda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm