İdman
Rəcəbov dünya çempionu ilə heç-heçə etdi
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 10-cu - bu günün sonuncu turunda Maqnus Karlsenlə üz-üzə gəlib. Şahmatçımızın dünya çempionuna qarşı ağ fiqurlarla mübarizəsi heç-heçə ilə başa çatıb. T.Rəcəbov əvvəlki dörd turda amerikalı Hikaru Nakamurla, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub.
Turnirdə mübarizə aparan digər təmsilçimiz Şəhriyar Məmmədyarov ardıcıl FİDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen, ispaniyalı David Anton Quixarroya məğlub olub. O, sonrakı qarşılaşmada - 9-cu turda isveçli Nils Qrandelius üzərində qələbə qazanıb. Şahmatçımız son turda niderlandlı Aniş Giri ilə mübarizə aparır.
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU














.jpg)


















.jpg)


