Xarici klub azərbaycanlı futbolçunu rəsmən icarəyə götürdü
Bizi izləyin

İdman

Xarici klub azərbaycanlı futbolçunu rəsmən icarəyə götürdü

Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlının keçidini rəsmən açıqlayıb.

Bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

Orxan müqavilə ilə “Ventspils”ə məxsusdur. Latviya təmsilçisi ötən ay Qurbanlı ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi.

Lakin həmin vaxtdan bəri futbolçu sənəd problemi ilə əlaqədar Moldova klubunda qeydiyyatdan keçə bilmirdi. Artıq bu problem aradan qalxıb.

Tiraspol klubu onun adını sifariş ərizəsinə daxil edib. "Neftçi"nin yetirməsinin debütü martın 19-da, “Milsami” klubu ilə görüşdə gerçəkləşə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm