Bu şəxslər Tokio olimpiadasına buraxılmayacaq
Bizi izləyin

İdman

Bu şəxslər Tokio olimpiadasına buraxılmayacaq

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına koronavirusla əlaqədar xarici azarkeş buraxılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə qərarı təşkilatçılar beştərəfli formatda keçirilmiş onlayn görüşdə qəbul ediblər.

Oyunların təşkilinə cavabdeh olan nazir Tamayo Marukava bildirib ki, belə bir addım ilk növbədə, pandemiya şəraitində təhlükəsizliyi təmin etmək üçün atılıb. O, idman obyektlərində yaponiyalı azarkeşlərə hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyinə apreldə aydınlıq gələcək.

Nazir bilet almış əcnəbilərə pullarını geri qaytaracaqlarını vəd edib. İndiyədək olimpiadaya 4,4 milyon, paralimpiadaya isə 970 min bilet satılıb. Biletlərin 1 milyonunu xaricilər alıblar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda təşkili nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm