Anatoli Nuriyev millimizə qoşuldu
Bizi izləyin

İdman

Anatoli Nuriyev millimizə qoşuldu

Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.

Publika.az xəbər verir ki, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.

Forvard "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm