İdman
Millimizin baş məşqçisi: “Oyundan 50 faiz razı qaldım”
“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandası texniki cəhətdən daha güclü kollektivlə oynayırdı: “Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.
Məşqçinin sözlərinə görə, seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmaq çətindir: “Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?